Tolstoyun "Etiraf" kitabından mənalı sitatlar | Kitab sözləri

 

Həqiqətən həmişə həqiqətdir, necə ki 2×2 həmişə dörd edir.

Etiraf,Lev Tolstoy

 

"… hər kəs ruhunu məhvə sürükləyə, yaxud xilas edə bilər."

 

Həyatın olduğu hər yerdə inanc var. Bu, insan var olduğu gündən belədir. İnanc insana yaşamaq imkanı verir. Üstəlik, inancın əsas xüsusiyyətləri hər yerdə, hər zaman eynidir.

 

"İnancsız yaşamaq mümkün deyil."

 

 

Ağla sahib olan bəşəriyyət kimi, inanc da sirli, müəmmalı başlanğıca malikdir. Bu başlanğıc Tanrıdır. İnsanın həm cisminin, həm də ağlının başlanğıcı.

 

Halbuki unutduqları həqiqət bu gün də olmasa, sabah daddıqları bütün o zövqləri yox edəcək.

 

Həqiqət ən zərif tellərlə yalanla bir birinə hörülüb..

Tolstoyun "Etiraf" kitabından mənalı sitatlar | Kiab sözləri

Tolstoyun «Etiraf» kitabından mənalı sitatlar 

Əzablar çoxalır və az sonra xəstə anlayır ki, onun çaşqınlıq hesab etdiyi şey, əslində onun həyatında dünyada mövcud olan hər şeydən çox əhəmiyyət daşıyır- bu, ölümdür.

 

...Və anladım ki, hər kəs eynidi...

 

Bədəndəki həyat bədbəxtlik və yalandan ibarətdir.Ona görə də bu həyatın məhv edilməsi səadətdir və biz onu arzulamalıyıq.-Sokrat

 

Hər şey inkişaf edir, təbəqələşir, mürəkkəbliyə və mükəmməlliyə doğru gedir və bu inkişafı idarə edən qanunlar var. Sən – tamın bir hissəsisən. Tamı və inkişaf qanununu mümkün qədər dərk edərək, sən bu tamda öz yerini də, özünü də dərk edəcəksən”

 

Buna əsasən nəyin yaxşı və lazımlı olduğu ilə bağlı fikir yürüdərkən insanların dedikləri, etdikləri və 'tərəqqi" əsas deyil, mən və mənim qəlbim əsasdır.

 

Hər bir dinin mahiyyəti ondadır ki, o həyata ölümlə bitməyən, məhv olmayan bir məna verir.

 

Hamımız birdən, bir-birimizi dinləmədən, fikir vermədən danışır, hərdən göz yumaraq bir-birimizi tərifləyirdik ki, qarşılığında bizi də tərifləyib, bizə də göz yumsunlar.

 

Yaşamırdım, çünki yerinə yetirilməsini ağlabatan, mənalı hesab etdiyim elə bir istək mövcud deyildi.

 

”Heç nə cavan kişini ləyaqətli qadın qədər tərbiyələndirə bilməz.”

Etiraf, Lev Tolstoy

 

”İnsan müdrikləşdikcə kədəri də dərinləşir. Elmini artıran qüssəsini artırır.”

 

Başa düşdüm ki, yaşadığımız həddən artıq bolluq şəraiti bizi həyatı anlamaq imkanından məhrum edir.

 

“Mənim həyatımda elə bir məna varmı ki,qaçılmaz olan ölümümdə sonra məhv olmasın?”

 

Mənim bu gün etdiyimin, sabah edəcəyimin nəticəsi nə olacaq, — mənim bütün həyatımın nəticəsi nə olacaq?”

 

Daxili ölümcül xəstəliyə tutulmuş insanla baş verən bir vəziyyət alındı.Əvvəlcə nasazlığın, xəstə əhəmiyyət vermədiyi, cuzi əlamətləri üzə çıxır, sonra bu əlamətlər tez-tez təklrar olunurlar və zaman baxımından ayrılmaz bir iztiraba birləşirlər. Iztirab artır və xəstə gözünü açıb-yumunca artıq dərk edir ki, nasazlıq kimi qəbul etdiyi hal, onun üçün həyatda ən mühüm, ən əhəmiyyətli olan bir şeydir, bu – ölümdür.

 

Mən hələ onu başa düşmürdüm ki, hər bir canlı insan kimi yaxşı yaşamaq üçün nə etmək lazımdır sualına tərəqqiyə uyğun olaraq yaşamaq cavabını verməyim,qayıqda dalğalar və külək ilə aparılan insanın ,onun üçün ən vacib və yeganə:«Hara üzmək?»-sualına «Bizi harasa aparır»,-deməyinə bənzəyir.

 

… mənə həyatın mənasız şey olduğunu göstərən, onun əbəs şey olduğu haqda düşüncələri bilən insanlar olublar və buna baxmayaraq onlar həyata hansısa bir məna verərək yaşayıblar.

 

“Var olan hər şey şüurludur və var olan hər şey inkişaf edir. İnkişaf isə maarifçilik vasitəsilə olur. Maarifçilik də öz növbəsində kitabların, qəzetlərin yayılması ilə ölçülür.”

 

«O mənim axtarışlarımı, əlacsızlığımı, mübarizəmi görür və bilir. O var.»-- öz-özümə deyirdim. Onu bir anlıq qəbul edən kimi içimdə həyat eşqi yüksəlir, var olmağın mümkünlüyünü də, sevincini də hiss edə bilirdim.

 

— inam insana özünü məhv etməmək və yaşamaq imkanı verən həyatln mənası haqda bilikdir. Inam – həyat gücüdür. Əgər insan yaşayırsa, deməli o nəyə isə inanır.

 

Mən sonralar İncildə rast gəldiyim həqiqəti anladım: insanlar zülməti işıqdan artıq sevdilər, ona görə ki, onların əməlləri yaman idi. Çünki yaman əməllər törədən hər bir kəs işığa nifrət edir və ona doğru getmir ki, əməlləri aşkara çıxmasın.

 

O illəri dəhşət,ikrah hissi və ürək ağrısı olmadan xatırlaya bilmirəm.Mən müharibədə insanları öldürür,öldürmək üçün duelə çağırır,qumarda uduzur,kəndlilərin əməyi ilə dolanır,onları edam edir,yalan danışırdım.Yalan,oğurluq,hər cür zinakarlıq,əyyaşlıq,zorakılıq,qətl..Törətmədiyim cinayət qalmamışdı və bütün bu cinayətlərə görə məni həmişə tərifləyir,yaşıdlarım məni nisbətən əxlaqlı adam hesab edirdilər.Elə indi də elə düşünürlər. daha az

 

Mən özüm də bilmirdim nə istəyirəm. Mən həyatdan qorxurdum, ondan uzaqlaşmağa çalışırdım və bununla belə ondan hələ də nə isə gözləyirdim.

 

Anlamağa başlayırdım ki, inancın verdiyi cavablarda bəşəriyyətin ən dərin hikməti yatır və mənim ağıla əsaslanaraq onları inkar etməyə haqqım çatmır.

 

Lakin mən dəfələrlə yenidən digər müxtəlif tərəflərdən onun etirafına gəldim ki, ola bilməz ki, mən heç bir səbəb və məna olmadan bu dünyaya gəlim, mən, özümü hiss etdiyim kimi, yuvadan düşmüş guş balası ola bilmərəm. Yaxşı, tutaq ki, mən yuvadan düşmüş bir quş balasıyam, arxası üstı uzanıb, hündür otda civildiyirəm, lakin mən ona görə civildiyirəm ki, çünki bilirəm ki, məni öz bətnində ana gəzdirib, kürt yatıb, isidib, yedirib, sevib. Bəs bu ana, o haradadır? Əgər məni bura atıblarsa, bəs kim atıb? Mən özümdən gizlədə bilmərəm ki, məni kimsə dünyaya sevərək gətirib. Bəs bu kimsə kimdir?_ yenə də Allah.

 

Sokrat deyir: ”Həqiqətə yalnız həyatdan uzaqlaşdığımız qədər yaxınlaşa bilərik. Biz, həqiqəti sevənlər olaraq, həyatda nəyə can atırıq? Bədəndən və ondan irəli gələn bütün pisliklərdən azad olmağa. Eləsə, ölüm qapımızı döyəndə niyə sevinməyək ki?”

 

Bəlkə, mən hələ də nə isə bilmirəm? Axı cəhalət də məhz belə olur. Cahil də həmişə belə deyir. O, nəyisə bilməyəndə onun mənasız olduğunu iddia edir. Doğrudan da, elə çıxır ki, həyatın mənasını anlayaraq yaşayan bəşəriyyət var, çünki bəşəriyyət həyatı dərk etmədən yaşaya bilməzdi.

 

«Tanrını axtararaq yaşa. Onda tanrısız həyat olmayacaq».

Etiraf, Lev Tolstoy

 

 

0 şərh